"Sumqayıt" Boluya belə getdi - VİDEO

  • Kateqoriya Video

2017/18 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün Boluya yollanıb.

Prosport.Az xəbər verir ki, bu gün səhər saatlarında Bakıdan İstanbula yola düşən komanda əvvəlcədən planlaşdırdığı kimi "VON Resort Hotel"inə gəlib. "Sumqayıt" FK qonşu ölkədə ilk məşqinə axşam 17:30-da çıxıb.

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama görüşünü 17 iyul tarixində Superliqa təmsilçisi “Osmanlıspor”a qarşı keçirəcək. Kızılcahamam bölgəsində yerləşən "Patalya Thermal Resort Hotel"inin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 18:00-da start götürəcək. Bundan başqa, "Sumqayıt" iyulun 20-də "Əl-Fateh" (Səudiyyə Ərəbistanı), iyulun 23-də "Sivasspor" (Türkiyə) və iyulun 28-də "Əl-Taavun" (Səudiyyə Ərəbistanı) komandaları ilə gücünü sınayacaq.

 

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.