İstanbulda türklər yunanları döydü - FOTO+VİDEO

  • Kateqoriya Video

Basketbolda "Final Four" üçün İstanbula gələn Yunanıstanın "Olimpiakos" klubunun tərəfdarları ilə bir qrup türk arasında İstanbulun Taksim meydanında, İstiqlal prospektində dava baş verib.

Prosport.Az xəbər verir ki, dava zamanı fişənglərdən istifadə edilib. Yerli fanatlar yunanlara acıq vermək üçün "İstanbul" qışqırmaqla Konstantinopolu 1492-ci ildə Bizans İmperiyasından almalarına işarə vurublar. Davaya polis müdaxilə edib.

Hadisələr zamanı 5 yunan tərəfdar yaralanıb. Yaralılardan 1-nin ayağından bıçaqlandığı öyrənilib. Həmin 6 nəfər xəstəxanaya aparılıb. Dava-dalaşla əlaqədar saxlanılan 4 nəfər isə qolları bağlanaraq polis idarəsinə götürülüb.

Final Four öncesi Taksim ve Şirinevler'de taraftar kavgası

Bir digər dava isə Şirinevlər adlanan ərazidə baş verib. Belə ki, oyunların keçirildiyi Sinan Ərdəm adına İdman Zalına gedən 2 yunan tərəfdar üzərlərində "Fənərbaxça" forması olan azarkeşlər tərəfindən döyülüb. Lakin onlar neytral türklərin sayəsində arenaya sağ salamat çata biliblər.

Qeyd edək ki, dava "Olimpiakos" - Moskva MOİK-i ilə oyundan öncə baş verib. Mayın 19-21-i aralığında baş tutacaq Avroliqanın "Dördlər finalı"nda bu 2 komandadan başqa, "Fənərbaxça" və Madrid "Real"ı da yarışır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.