Ramil Şeydayevli "Jilina" avrokuboklara məğlubiyyətlə başladı - VİDEO

  • Kateqoriya İcmal
Çempionlar Liqasının II təsnifat mərhələsinin Slovakiyada keçirilən oyununda millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” ilk matçına çıxıb.

Prosport.Az xəbər verir ki, Slovakiya təmsilçisi “Kopenhagen”i qonaq edib. Matç danimarkalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 57-ci dəqiqədə nigeriyalı hücumçu Yusuf Otubanconu əvəzləyərək meydana daxil olsa da, komandasına kömək edə bilməyib. Onun komandası hesabda öndə olsa da, "Kopenhagen"in serb hücumçusu Andriya Pavloviç 15 dəqiqəyə het-trik edib. Bunda 61-ci dəqiqədə Miroslav Kaçerin də qırmızı vərəqə alması böyük rol oynayıb.

Qeyd edək ki, bu, millimizin üzvünün Çempionlar Liqasında debüt matçıdır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.