Turnir cədvəl
Sumqayıt PFK

Topaz Premyer Liqası
  • Komanda
  • Oyunlar
  • Oyunçular
  • Şəkillər
Turnir cədvəl
Şəhər: Sumqayıt
Club: Sumqayıt PFK
Stadion: Kapital-Bank Arena

"Sumqayıt" Futbol Klubu — Azərbaycan Premyer Liqasında Sumqayıt şəhərini təmsil edən futbol klubu.

 


 
Sumqayıt Futbolunun Tarixi
 
Böyük futbolun Sumqayıta gəlişi 1960-cı ilə təsadüf edir. Belə ki, məhz həmin il Gənclik şəhərinin  “Metallurq” komandası SSRİ çempionatının B dəstəsində çıxış edib. Daha sonra Sumqayıtı Ümumittifaq  birinciliyində “Temp” (1961), “Kimyaçı” (1963), “Polad” (1965-70, 1973), “Xəzər” (1974, 1975, 1988-  1991) və “Şəfəq” (1987) komandaları təmsil edib. “Temp” (1961) və “Polad” (1965/ 1966-1970) həmçinin   SSRİ kuboku uğrunda da mübarizə aparıblar. Nailiyyətlərə gəlincə, “Polad” 1967-ci ildə B dəstəsinin 3-cü zonasının, “Xəzər” isə 1991-ci ildə ikinci liqanın Azərbaycan zonasının qalibi adını qazanıb.
 
Sovet dövründə Sumqayıt komandaları Respublika miqyasında da bəzi uğurlara imza atıblar. Məsələn, AzTZ (Azərbaycan Boru Prokat Zavodu) komandası 1960-cı ildə Azərbaycan SSRİ kubokunun qalibi  olub, “Polad” və “Xəzər” isə müvafiq olaraq, 1964-cü və 1985-ci illərdə Azərbaycan SSRİ çempionu adını     qazanıblar.
 
Müstəqil Azərbaycanın milli çempionatının yüksək liqasında Sumqayıtı “Xəzər”, “Sumqayıt”, “Kimyaçı”, “Gənclərbirliyi” və “Standard” klubları təmsil ediblər. Adları çəkilən komandalarda ən yüksək göstəriciyə isə ardıcıl iki mövsüm – 1992 və 1993-cü illərdə vitse-çempion olan “Xəzər” komandası imza atıb.

 


 
 "Sumqayıt"ın yaranması
 
"Sumqayıt" futbol klubu 2010-cu ildə yaranıb. Həmin mövsüm komanda Azərbaycan Birinci Divizionunda mübarizə aparır və 3-cü yeri tutur. Klubun maliyyə stabilliyini və güclülər dəstəsində iştirak etməsi ilə bağlı müraciətini nəzərə alan PFL rəhbərliyi bunu müsbət qarşılayıb. Buna əsas səbəb I divizionda 2010/2011 mövsümün yekunlarına əsasən, 1-ci yerin sahibi kimi Premyer Liqaya vəsiqə qazanan "Abşeron"un maliyyə problemləri ilə əlaqədar olaraq iştirakdan imtina etməsi olmuşdur.

Bundan sonra "Sumqayıt Şəhər" klubu bütün hüquqi sənədləri həll edərək, yeni mövsümdən yüksək liqada mübarizə aparacaq. Bununla əlaqədar klub maliyyə məsələlərini həll etmək üçün "Azərkimya" İstehsalat Birliyi ilə sponsorluq müqaviləsi imzalanıb. Klubun prezidenti Kamran Quliyev təyin olunub.

 2011/12 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Sumqayıt Şəhər" klubu yeni baş məşqçisi almaniyalı mütəxəssis Bernhard Raab ilə 2 illik müqavilə imzalanıb. Ona 17 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Təbriz Həsənov və yığmanın sabiq kapitanı Aslan Kərimov kömək edirlər. 2011/2012 komanda premyer-liqada 12-ci yeri tutdu.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.