Turnir cədvəl
Qarabağ FK

Topaz Premyer Liqası
  • Komanda
  • Oyunlar
  • Oyunçular
  • Şəkillər
Turnir cədvəl
Şəhər: Ağdam
Club: Qarabağ FK
Stadion: Azərsun Arena

Yaranma tarixi: 1987

Ünvan: Heydər Əliyev 90, AZ 1060

Bakı, Azərbaycan

Telefon: +994 (12) 496 6614

Faks:  +994 (12) 496 6614

E-mail: asif@qarabagh.com

Rəsmi sayt: http://qarabagh.com/1987/

 

 

Qarabağ FK

 

"Qarabağ" Futbol Klubu — Azərbaycanın Ağdam şəhərini təmsil edən Peşəkar Futbol klubu. 1951-ci ilin 23 iyul tarixində "Məhsul" adı ilə təsis olunmuşdur. Qarabağ 1987-ci ilə qədər 3 fərqli ad ilə çıxış etmişdir. 1991-ci ilin 23 iyul tarixinə gədər Qarabağ ev oyunlarını Ağdam şəhərindəki İmarət Stadionunda keçirirdi. Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etdikdən sonra Qarabağ ev oyunlarını bir müddət Quzanlı qəsəbəsində, daha sonra isə paytaxtda, Bakıda keçirirdi.

 

   "Qarabağ" komandası 1992-ci ildən Azərbaycan Çempionatında mübarizə  aparır.  "Qarabağ"  tarixində 4 dəfə Azərbaycan çempionu olmuşdur.   Ağdam təmsilçisi lk dəfə 1993-  cü  ildə Azərbaycanın ən güclüsü olmuşdur. Daha sonra "Qarabağ" Çempionluğu nə az nə  çox,  düz 20 il gözləməli  olur.  "Qarabağ"ın  ikinci   çempionluğu 2014-cü ilə təsadüf edir. Elə  bir ildən  sonra isə komanda titulunu  qoruyaraq tarixində 3-cü dəfə çempion olur.  2015-16  mövsümündə də ağdamllar ölkənin ən güclüləri olaraq ardıcıl 3-cü  dəfə Azərbaycanın ən  güclü  komandası statusuna nail olurlar.

 

Adları:

"Məhsul": 1951—1977

"Şəfəq": 1977—1982

"Kooperator": 1982—1987

"Qarabağ": 1987—2001

"Qarabağ-Azərsun": 2001—2004

"Qarabağ": 2004-cü ildən indiyə kimi

 

 

Tarixi

 

1950-ci illər

 

Klubun yaranma tarixi 1950-ci illərin əvvəllərinə təsadüf edir. Belə ki, 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klubun da peşəkar bir idman təşkilatı kimi formalaşdırılması sahəsində ciddi işlər görüldü.

 

 1960-cı illər

 

Yarandığı gündən sonra bir müddət "Məhsul" adı ilə çıxış edən "Qarabağ" ilk dəfə 1966-cı ildə Azərbaycan SSR çempionatında iştirak etmişdir. Həmin il çempionatı 4-cü yerdə başa vuran "Qarabağ" 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı. Bu illər ərzində ən yaxşı nəticəni 1968-ci ildə 2-ci yeri tutmaqla qazandı. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən Ağdam uzun müddət ölkə çempionatlarında təmsil olunmadı.

 

1970-1980-ci illər

 

1977-ci ildə "Qarabağ" yenidən "Şəfəq" adı ilə bərpa edildi. Elə həmin il "Şəfəq" Azərbaycan SSR çempionatının 2-ci dəstəsində yarışdı. "Şəfəq" 1982-ci ilə qədər Ağdam futbolunun yeganə təmsilçisi oldu. 1982-ci ildən 1987-ci ilə qədər isə klub "Kooperator" adı ilə yarışlara qatıldı. "Qarabağ" ilk dəfə Azərbaycan SSR çempionu adına 1988-ci ildə – Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən layiq görüldü. Həmin çempionluqdan sonra "Qarabağ" SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandı. 1989-cu ildə "Qarabağ" SSRİ çempionatının 9-cu zonasında yarışdı. 1990-cı ildə SSRİ çempionatının 2-ci dəstəsinin zona yarışlarında dəyişiklik edildiyindən "Qarabağ" Azərbaycan SSR çempionatının zona yarışlarında iştirak etmək məcburiyyətində qaldı.  

 

                                                                                                                                                                    

1990-cı illərin sonları

 

XX əsrin son illərində klub maddi sıxıntılardan ciddi əziyyət çəkirdi. Məhz bu səbəbdən 1998-2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Üstəlik maddi vəziyyət klubun aparıcı futbolçularının da "Qarabağ"ı tərk etməsinə gətirib çıxartdı. Bütün bunlara baxmayaraq belə bir çətin dövrdə "Qarabağ" Avrokuboklarda mübarizə aparmışdır. Azərbaycan klublarından ilk dəfə mərhələ adlayan "Qarabağ"ın uğuru da məhz bu dövrə təsadüf edir. İsrailin Makkabi Hayfa klubu ilə baş tutmuş oyunların nəticəsində klub qələbə qazanaraq mərhələ adlamışdır. Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Azərbaycana "böyük beşlik" təmsilçisi gəlmişdir. Bu Fransanın Monpelye klubu idi.

 

  2000-ci illər

 

  "Qarabağ-Azərsun"XXI əsrin  əvvəlində klub maddi problemlərlə üz-üzə qaldı. Bu    problemlər 2001–ci ildə Azərbaycanda fəaliyyət göstərən ən  böyük holdinqlərdən biri olan "Azərsun" şirkətinin komandanı  sponsorluğa götürməsindən sonra həll olundu. "Azərsun"  Holdinq şirkəti "Qarabağ"ın inkişafı üçün əməli işə girişdi.  Şirkətin prezidenti Abdulbari Gözəlın bilavasitə şəxsi  köməkliyi ilə komandanın maddi problemləri həll olundu.  İmkansızlıq ucbatından digər klublara keçmiş eks-  qarabağlılar heyətə qaytarıldı və həmin dövrdən klub  "Qarabağ-Azərsun" adı ilə çıxış etməyə başladı. Maddi  vəziyyətin düzəlməsi klubun nəticələrinə də təsir göstərdi.  2001-ci ildə "Qarabağ-Azərsun" ölkə çempionatında 9–cu yeri tutsa da qarşıdakı mövsümə hazırlıq işləri ciddi gedirdi və iddiası böyük olan klubun qarşısına ən yüksək yerləri tutmaq vəzifəsi qoyulmuşdu. Lakin həmin dövrdə Azərbaycan futbolunda baş verən böhran səbəbindən ölkədə 2002-2003-cü ildəki çempionat yarımçıq dayandırıldığı üçün qarşıya qoyulan məqsədə nail olmaq mümkün olmadı. Azərbaycan futbolundakı böhran başa çatdıqdan sonra, 2003-cü ildə "Qarabağ-Azərsun"un rəhbər strukturunda bir sıra dəyişikliklər aparıldı və Tahir Gözəl komandanın vitse-prezidenti təyin edildi. Tahir Gözəlin kluba gəlişindən sonra "Qarabağ"ın tarixində sanki yeni səhifə açıldı. Komandanın ölkə çempionatında uğur qazanması üçün bütün imkanlar səfərbər edildi. Və məhz bu səylərin nəticəsi idi ki, 2003-2004-cü il mövsümündə "Qarabağ" uzun fasilədən sonra yenidən Azərbaycan çempionatının mükafatçıları sırasında yer aldı və birincilikdə ilk dəfə bürünc medalları qazandı.

 

 
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.