Turnir cədvəl
Qəbələ FK

Topaz Premyer Liqası
  • Komanda
  • Oyunlar
  • Oyunçular
  • Şəkillər
Turnir cədvəl
Şəhər: Qəbələ
Club: Qəbələ FK
Stadion: Qəbələ şəhər stadionu

“Qəbələ” Peşəkar Futbol Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı “Göy Göl” olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayinda – yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” PFK adı ilə dəyişdirilib. Hazırda “Qəbələ” Azərbaycan çempionatının nüfuzlu komandalarından birinə çevrilib.

 

 

Son iki mövsümdə bürünc medalların qazanılması, 2013-2014 mövsümündə kubokun finalı da buna sübutdur. Ötən yay avrokuboklarda debüt edən komandamız bu il 10 illik yubileyinə möhtəşəm töhfə verərək, ikinci cəhddən UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi düşən “Qəbələ” “Dinamo” (Tiflis, Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr), “Panatinaikos” (Yunanıstan) kimi klubları mübarizədən kənarlaşdırıb. Bu tarixi uğur klubumuzun qrupda “Borussiya” (Dormund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar”la (Rusiya) qarşılaşmasına imkan yaradıb. Artıq “Qəbələ” milli komandalar üçün də baza klublarından birinə çevrilib. Son illərdə aşağı yaş qruplarından olan yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klubumuz ölkənin əsas millisində də təmsil olunur. 

 

 

“Qəbələ” İdman Klubu təkcə əsas komandamızın uğurları ilə deyil, akademiyası və digər idman növləri ilə də sözünü deməyi bacarıb. Aşağı yaş qruplarından ibarət yığmalara oyunçu verməklə kifayətlənməyən akademiyanın yetirmələri son illərdə 14 dəfə Azərbaycan çempionu olub. Akademiyanın fəaliyyət göstərdiyi 8 ildə 3 dəfə 15 yaşadək futbolçular arasında “Qəbələ” kuboku turniri keçirilib ki, burada Avropanın bir sıra tanınmış klubları çıxış edib.

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.