Turnir cədvəl
AZAL PFK

Topaz Premyer Liqası
  • Komanda
  • Oyunlar
  • Oyunçular
  • Şəkillər
Turnir cədvəl
Şəhər: Bakı
Stadion: AZAL-Arena

Adları

 

AMMK (1996-2005)
Olimpik (2005-2009)
Olimpik-Şüvəlan (2009-2010)
AZAL (2010-indiyə qədər)

 

          

Tarix

 

"Olimpik-Şüvəlan" futbol klubu adı ilə 1996-cı ildə yaradılıb.

 

Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 

 

 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb. 2005/2006-cı il mövsümündə komanda Azərbaycan Çempionatında 12-ci yeri tutub. 2006/2007-ci il mövsümündə komanda heyətini gücləndirərək qarşısına iddialı məqsədlər qoyub. Xüsusən ölkəmizin ən güclü məşqçilərindən biri olan Əsgər Abdullayevin gəlişindən sonra "Olimpik" daha yaxşı nəticələr qazanmağa başlayıb. 2006/2007-cil mövsümünü 5-ci yerdə bitirən klubumuz 2007/2008-ci il mövsümündə çempionluğu son turda əldən vermiş və vitse-çempion adını qazanmışdır. 2008/2009-ci illər Avrokuboklar mövsümündə ölkəmizi UEFA-nın klub yarışlarında təmsil edən "Olimpik" birinci təsnifat mərhələsində Serbiyanın "Voyvodina" komandası ilə qarşılaşmışdır. İlk oyunda səfərdə 1-0 hesabı ilə məğlub olan "Olimpik" Bakıdakı oyunda heç-heçə (1-1) etmişdir. Bununla da klubumuz mərhələ keçmək vəzifəsinin öhdəsindən gələ bilməmişdir.

 

2009-2010-cu il mövsümündən etibarən klubun adı "Olimpik-Şüvəlan" adına dəyişdirilib. [1]. 2010/11 mövsümündən isə futbol klubu AZAL adlandırılıb.

 

 

Titulları:

 

Azərbaycan Premyer Liqası:
Gümüş medal - 2007/2008

 

Azərbaycan Birinci Divizionu
Birinci yer - 2004/2005

 

 

 

 

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.