Turnir cədvəl
Kəpəz PFK

Topaz Premyer Liqası
  • Komanda
  • Oyunlar
  • Oyunçular
  • Şəkillər
Turnir cədvəl
Şəhər: Gəncə
Club: Kəpəz PFK
Stadion: Gəncə şəhər stadionu

"Kəpəz" Peşəkar Futbol Klubu — Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini təmsil edən futbol klubu. Azərbaycan futbolunun iki əzəmətli klubundan biri olan Kəpəzin əsası 1959-cu ildə qoyulub. Sovet dönəmində də Azərbaycanın ən uğurlu iki futbol klubundan biri olan Kəpəz 1992-ci ildən etibarən 3 dəfə Azərbaycan Premyer Liqasının və 4 dəfə Azərbaycan Kubokunun qalibi olub və Neftçidən sonra ölkənin ən titullu futbol klubudur. Kəpəz Azərbaycanda və Qafqazda ən böyük azarkeş ordusuna sahib futbol klubudur."Gəncəlilər"Azərbaycan futbolunun "Yenilməz Armada"sı hesab edilir və ölkə futbolundakı əksər rekordların sahibidir bu klub."Kəpəz PFK" bir növ "Gəncə" şəhərinin simvolu hesab edilir

 

 

Klubun yaranması və SSRİ dövrü

 

"Kəpəz"in yaranması təxminən XX əsrin 50-ci illərinin sonuna təsadüf edir. Həmin illərdə SSRİ Futbol Federasiyası ikinci dəstədə Azərbaycan klublarının sayını artırmağı qərara almışdı. Gəncədə "Toxucu" futbol klubu yarandı, sonra klubun adı "Dinamo" adına dəyişdirildi. 1962-ci ildə Kəpəz "Neftçi"yə və Kiyev "Dinamo"suna qalib gələrək, ölkə kubokunun 1/4 final mərhələsinə çıxmışdı.Kəpəzin bu uğuru Nizami yurdunun nüfuzunu SSSR məkanında dahada artırdı.1965-ci ildə "Dinamo" adı altında SSRİ çempionatının birinci dəstəsinə vəsiqə qazanan Kəpəz,3 il sonra isə SSSR çempionatının 1ci dəstəsində çempion olub güclülər dəstəsinə vəsiqə qazanaraq Azərbaycan futbol tarixində bir ilkə imza atmışdır.Belə ki,Ölkənin futbol tarixində ilk dəfə olaraq Azərbaycan SSSR güclülər dəstəsində iki komanda ilə təmsil olunacaqdı.Kəpəz SSSR 1-ci dəstəsində çempion olaraq qızıl medallar qazanan yeganə Azərbaycan klubu olmuşdur.Qeyd edək ki,ölkənin digər təmsilçisi Neftçi SSSR çempionatının 1-ci dəstəsindən güclülər dəstəsinə vəsiqə qazanarkən üçüncülüklə kifayətlənərək bürünc medalları əldə edib vəsiqəni təmin etmişdir.

 

 

Müstəqillik dövrü

 

Azərbaycanın müstəqilliyi dövründə şəhərdə futbol yeni inkişaf dövrünə qədəm qoydu. "Kəpəz" 3 dəfə qızıl medalları qazanmaqla "Neftçi"dən sonra Azərbaycan çempionu adına ən çox layiq görülən ikinci klubdur. 1995, 1998 və 1999-cu illərdə qazanılan çempionluqlardan başqa, daha 1 dəfə gümüş, 2 dəfə də bürünc medal qazanmışdır.

"Kəpəz" 4 dəfə də ölkə kubokunun sahibi olub.Kəpəz 1997-1998-ci ildə Azərbaycan cempionu olmaqla bərabər ölkə kubokunun sahibi olub.

 

Gəncə Futbolu

 

Gəncə futbolunun tarixi təxminən bir əsrə dayanır.Gəncə həmişə Azərbaycanın futbol mərkəzi olub.Təsadüfi deyilki Azərbaycan futbol ictimaiyyəti bu qədim şəhəri "Azərbaycan Futbolunun Məkkəsi" adlandırır.Hələ SSSR dövründəykən dünyaca məşhur,əfsanəvi məşqçi "Valeri Labanovski" Gəncəni "Kiçik Brazilya" adlandırmışdır.Beləki günümüzdə də bu şəhərin istənilən məhəlləsinə getsəniz az yaşlı uşaqların futbol oynadığının şahidi olarsınız.Gəncə futbolu ölkə futboluna hər zaman saysız hesabsız istedadlar bəxş edib.Müzəffər Qasımov,Sergey Kramarenko,Mehman Allahverdiyev, Novruz Əzimov,Maşallah Əhmədov,Vəli Qasımov, Yunis Hüseynov, Vidadi Rzayev, Xaliq Mərdanov, Faiq Cabbarov,Mahmud Qurbanov kimi adını Azərbaycan futbolu tarixinə yazdırmış məşhur futbolçular məhz "Nizami" yurdunun yetirmələridir.Adı çəkilən bu məşhur futbolçuların əksəriyyəti isə Sovet dövründə və müstəqillik illərində ölkəmizdə uşaq futbolunun inkişafında müstəsna xidmətləri olmuş Gəncə futbolunun əfsanəvi şəxsi Konstantin Abramenkonun(Dyadya Kostya) "Lokomotiv" uşaq futbol məktəbinin yetirmələri olmuşdur."Lokomotiv" hər zaman Kəpəzi istedadlı futbolçularla təmin etmişdir və bu uşaq futbol məktəbi Kəpəzin aşağı yaş qruplarından ibarət məktəbi hesab olunurdu.Konstantin Abramenkonun vəfatından sonrada,hər il Gəncə şəhərində uşaq futbol məktəblərinin iştirakı ilə onun xatirəsinə həsr olunmuş turnirlər keçirilir.

 

 

Titulları və uğurları:

 

Birlik Kuboku:
1/4 finalçısı - 1998


Azərbaycan çempionatı:
Qızıl medal (3) - 1994/1995, 1997/1998, 1998/1999
Gümüş medal (1) - 1999/2000
Bürünc medal (2) - 1993/1994, 1995/1996


Azərbaycan Kuboku:
Qalib (4) - 1993/1994, 1996/1997, 1997/1998, 1999/2000


SSSR Çempionatı 1-ci Divizyonu:
Çempion (1) - 1966-1967


SSSR Kuboku:
1/4 finalçısı - 1962


Azərbaycan Birinci Divizionu:
Çempion (1) - 2009-10

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.