Azərbaycanda polo üzrə Avropa çempionatı keçiriləcək

Azərbaycanda polo üzrə Dünya Kuboku və Avropa çempionatı keçiriləcək.
 
Prosport.Az-ın xəbərinə görə, polo üzrə I Dünya Kuboku məhz Azərbaycanda baş tutacaq.
 
Bu mötəbər yarış bu ilin sentyabrında Qəbələdə təşkil olunacaq. Turnirdə səkkiz polo milli komandası iştirak edəcək. Dünya Kubokunun təşkilatçılığı həm də Azərbaycana 2020-ci ilin sentyabrında keçiriləcək XIII Avropa çempionatına hazırlıq baxımından faydalı olacaq.
 
Qeyd edək ki, Qəbələdə iki böyük ölçüdə polo meydançaları salınır. Artıq 500 atın saxlanması üçün tövlələr, bütün infrastruktur və meydançalar bu yarışı gözləyir.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.