Rafael Ağayev hakim haqsızlığı ilə üz-üzə. Bunu sübut edən VİDEO

Xəbər verdiyimiz kimi, karate üzrə beşqat dünya, 11 qat Avropa çempionumuz, Avropa Oyunlarının və İslamiadanın ikiqat qalibi Rafael Ağayev bu ay Fransanın paytaxtı Parisdə keçirilmiş Premyer Liqa turnirinin finalında hakim haqsızlığı ilə üzləşib.

Prosport.Az-ın xəbərinə görə, o, finalda karatenin vətəni olan yaponiyalı Ken Nishimura ilə görüşdə hakimlər tərəfindən sıxışdırılıb.

Belə ki, yaponiyalı karateçinin yan keçən zərbəsi xal kimi dəyərləndirilib. Əksinə, Rafael Ağayevin dəqiq zərbəsi xal kimi qiymətləndirilməyib. Bunu təqdim etdiyimiz görüntülərdə daha dəqiq görmək mümkündür. Məhz bu xal hesabına Rafael 0:1 "uduzaraq" gümüş medalla kifayətlənib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.