Karlsen yeddinci dəfə bu turnirin qalibi oldu

Niderlandda keçirilən ənənəvi “Tata Steel Masters-2019” turniri başa çatıb.

Prosport.Az xəbər verir ki, dünya çempionu norveçli Maqnus Karlsen turnirin qalibi olub. O, turniri 9 xalla başa vurub.

Maqnus Karlsen bununla da yeddinci dəfə bu turnirin qalibi olub. İkinci yeri Aniş Qiri (Niderland) və üçüncü sıranı Yan Nepomnyaşi (Rusiya) tutub.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov isə son turda rusiyalı şahmatçılarla qarşılaşıblar. Ş. Məmmədyarov Vladimir Fedoseyev, Teymur Rəcəbov isə Yan Nepomnyaşi ilə üzə-üzə gəlib. Qarşılaşmalar heç-heçə başa çatıb.

Teymur Rəcəbov turniri 6,5, Şəhriyar Məmmədyarov isə 5 xalla başa vurub. Teymur 7-ci, Şəhriyar 12-ci olub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.