Məşhur rus döyüşçünü 1-ci dəqiqədə nokauta saldılar – VİDEO

MMA üzrə Ukrayna doğumlu rus idmançı Fyodor Yemelyanenko ağır çəki dərəcəsində keçirilən Bellator Qran Prisinin finalında amerikalı Rayan Beyderə məğlub olub.

Prosport.Az xəbər verir ki, ABŞ-ın Los Anceles şəhərində keçirilən final görüşü birinci raundun elə birinci dəqiqəsində nokautla yekunlaşıb.

Bu məğlubiyyət 42 yaşlı Yemelyanenko üçün altıncı sayılır. O, 38 dəfə MMA-da qalib olub. 35 yaşlı Beyder isə indi iki çəki dərəcəsinin çempionluq kəmərinə sahibdir.

Qeyd edək ki, Rayan Beyder beş məğlubiyyətlə 27-ci qələbəsini qazanıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.