Həbib Nurməhəmmədovu məğlub etmiş yeganə azərbaycanlı xəstəlikdən öldü – VİDEO

Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.

Prosport.Az xəbər verir ki, bu barədə MMA-nın Azərbaycandakı rəsmi nümayəndəliyi məlumat yayıb. 

Məlumata görə, idmançı bir müddət əvvəl qrip xəstəliyinə yoluxub. Ondan sonra vəziyyəti ağırlaşmağa başlayıb. Xəstəxənaya yerləşdirilən X.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

O, dünən axşam saatlarında dünyasını dəyişib. Mərhum idmançının nəşi torpağa tapşırılması üçün doğulduğu Sabirabad rayonuna aparılıb.

Qeyd edək ki, Xamis Məmmədov Dağıstan açıq çempionatında döyüş sambosunda Həbib Nurməhəmmədovu məğlub edib. O, UFC çempionu Nurməhəmmədovu məğlub etmiş yeganə azərbaycanlı kimi tarixə düşüb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.