Rafael Ağayev “Ən Yaxşıların Ən yaxşısı” oldu – FOTO

Karate beşqat dünya çempionumuz Rafael Ağayev Farnsanın paytaxtı Parisdə mükafatlandırılıb.

Prosport.Az xəbər verir ki, o, ötən il göstərdiyi nəticələrinə görə “Ən Yaxşıların Ən Yaxşısı” (Best of the Best) mükafatına layiq görülüb.

Ondan başqa, Türkiyədən Serap Özçəlik, Uğur Aktaş, Burak Uyqur, Eray Şamdan, Fransadan Qvendolin Filip, Alize Aqye, Yaponiyadan Ryo Kiyuna, Ayumi Uekusa, İspaniyadan Sandra Sançes, İtaliyadan Sara Kardin və Almaniyadan Yonatan Horne bu mükafata layiq görülən 12 karateçi olub. Onlara mükafatı Fransadakı Yaponiya səfiri Masato Kitera təqdim edib. Həmçinin Dünya Karate Federasiyasının ispaniyalı prezidenti Antonio Espinos və həmin qurumun yaponiyalı baş katibi Toshihisa Naqura da mükafatlandırma mərasimində iştirak edib.

Onu da bildirək ki, bu iştirakçılar arasından yalnız Rafaelə bu mükafat tanışdır. Digər 11 iştirakçı isə ilk dəfə bu mükafata layiq görülüb.

Bundan sonra mövsümün ilk yarışı olan Paris Premyer Liqasında final görüşləri keçirilib. Yeganə finalçımız olan Rafael Ağayev (-75 kq) finalda dəfələrlə üzləşdiyi yaponiyalı Ken Nishimura ilə qarşılaşıb. Keçən il bu turnirin finalında 1:2 hesabı ilə bu rəqibinə uduzmuş Rafael hakimlərin haqsız qərarı ilə yenə rəqibinə məğlub olub – 0:1.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.