Rafael Ağayevin çənəsinə 3 tikiş qoyulub – EKSKLÜZİV

Xəbər verdiyimiz kimi, azərbaycanlı karateçi Rafayev Ağayev Paris Açıq Karate turnirində zədə alıb.

Prosport.Az-ın xəbərinə görə, o, pakistanlı rəqiblə ilk görüşdə çənəsindən ciddi zədə alıb.

Təxminən 3 sm çənəsi yarıldığından, idmançımıza üç tikiş qoyulub. O, sonrakı döyüşlərə sifəti sarğılı vəziyyətdə çıxıb.

Qeyd edək ki, Rafael Ağayev bu gün final görüşünə çıxacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.