Hacı Əliyev hind rəqibinə divan tutdu – VİDEO

Sərbəst güləş üzrə Hindistan Peşəkar Liqasında növbəti görüş baş tutub.

Prosport.Az xəbər verir ki, Azərbaycanın iki güləşçisinin mübarizə apardığı “Yodha” komandası “Danqal”la qarşılaşıb.

Ötən tur uduzmuş üçqat dünya çempionumuz Hacı Əliyev (-65 kq) bu dəfə yerli idmançı Pankac Rananı 18:2 hesabı ilə məğlub edib. Bu, Hacı Əliyevin cari mövsüm Hindistanda qalib gəldiyi dördüncü görüş olub.

Millimizin bolqarıstanlı legioneri Elise Manolova isə rəqib kapitanı tərəfindən bu tur bloklandığından, döşək üzərinə çıxa bilməyib.

Ümumi nəticə ilə “Yodha” ardıcıl üçüncü dəfə uduzub – 2:5. Hazırda milli üzvlərimizin yer aldığı komanda dörd xalla altı komanda arasında üçüncü sıradadır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.