Rafael Ağayev çənəsindən zədə alsa da, finala çıxdı – FOTO

Beşqat dünya çempionumuz Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib.

Prosport.Az xəbər verir ki, pakistanlı Sədi Qulam Abbasla ilk görüşün ortalarında hesab 4:2 olarkən çənəsindən zədələnən Ağayev sonrakı iki görüşdə də qalib gəlib.

Yarımfinalda iranlı Əli Əsgər Asyabari ilə görüşdə sifətindən daha bir zədə alan karateçimiz sabah finalda turnirin favoritlərindən sayılan Ken Nishimura (Yaponiya) ilə qarşılaşacaq. Xatırladaq ki, Rafael ötən il bu yarışın finalında son saniyədə ehtiyatsızlığı üzündən məhz bu rəqibinə 1:2 hesabı ilə uduzub qızıl medalı əldən vermişdi.

Daha üç idmançımız – Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsa da, nəticədə medal qazanmaq şansını əldən veriblər. Bu gün daha on idmançımız mübarizəyə qatılacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.