Türkiyədəki qrup seksi qalmaqalına federasiyadan açıqlama: O qız idmançı deyil

Türkiyənin taekvondo millisinin seks qalmaqalına yerli federasiyadan rəsmi açıqlama yayılıb.
 
Prosport.Az xəbər verir ki, mayın 14-də sosial mediada Türkiyə taekvondo millisinin beş kişi üzvünün bir qadınla qrup seksi ilə məşğul olmasını əks etdirən fotonun yayılması ciddi rezonans doğurmuş, kəskin tənqidlərə səbəb olmuşdu.
 
Türkiyə Taekvondo Federasiyası isə yaydığı açıqlamasında bu foto barədə onların daha əvvəldən xəbərinin olduğunu və aprelin 30-da rəhbərlik məsələni Araşdırma Komissiyasına göndərmişdi. Federasiyanın İntizam Komitəsi məsələ barədə qərar çıxaracaq.
 
Həmçinin federasiya bəyan edib ki, bu hadisə milli komandanın otelində (iddia olunurdu ki, hadisə mayın 10-13-də Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatı zamanı baş verib – S.T.) baş verməyib. Qurum oğlanların millinin üzvü olduğunu etiraf etsə də, həmin qadının iddia olunduğu kimi taekvondo yığmasının üzvü olmadığını bildirib.
 
Türkiyə millisində seks qalmaqalı
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.