Federasiya prezidenti idmançıya “heyvan” dedi – VİDEO

26-28 aprel tarixlərində Macarıstanın paytaxtı Budapeştdə kempo üzrə XV dünya çempionatı keçirilib.

Prosport.Az xəbər verir ki, millimiz ordan dörd gümüş və iki bürünc medalla qayıdıb.

Lakin Gənclər və İdman Nazirliyinin maddi xərcləri ilə dünya çempionatına yollanmış millimizin görüşlərinin birində qeyri-etik hadisə baş verib. Belə ki, 80 kq çəki dərəcəsində kişilər arasında kemponun nokdaun versiyası üzrə II yerə çıxmış Rüstəm Müslümov qalib gəldiyi görüşlərdən birində təhqirlə üzləşib.

O, Əlcəzair idmançısı ilə görüşdə federasiyanın prezidenti, eləcə də millinin baş məşqçisi Rauf İbrahimli tərəfindən təhqirlərə məruz qalıb. İbrahimli yetirməsinə bir neçə dəfə "heyvan" deyə müraciət edib. Bəlkə də bu, İbrahimli üçün adi müraciət forması ola bilər. Lakin sensey Rauf İbrahimli II yerə çıxmış oğlu Toğrul İbrahimlinin döyüşündə nədənsə bu kəlmədən istifadə etmir.

Qeyd edək ki, bu video sosial şəbəkədə Fövqəladə Hallar Nazirliyinin giziri olan Rüstəm Müslümovun qardaşı Nicat tərəfindən yayılıb və haqlı şəkildə sərt reaksiya ilə üzləşib. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.