Rafael Ağayev 11-ci dəfə Avropanın ən güclüsü oldu – FOTO + VİDEO

Karate üzrə 5 qat dünya çempionumuz Rafael Ağayev Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında qalib olub.

Prosport.Az xəbər verir ki, Rafael Ağayev (75 kq) finalda macar Qabor Harşpatakiyə 2:1 hesabı ilə qalib gələrək 11-ci dəfə Avropanın ən güclüsü adını qazanıb.

Rafael  Aghayev adlı şəxsin şəkli.Rafael  Aghayev adlı şəxsin şəkli.Rafael  Aghayev adlı şəxsin şəkli.Rafael  Aghayev adlı şəxsin şəkli.Azərbaycan Milli Karate Federasiyası-Azerbaijan National Karate Federation adlı şəxsin şəkli.

Şahin Atamov (+84 kq) və ukraynalı legionerimiz İrina Zaretskaya (68 kq) isə finalda büdrəyib və gümüş medalla kifayətləniblər.

Bundan başqa, Nuranə Əliyeva (50 kq) və karatenin kata yarışında Roman Heydərov komandamıza iki bürünc medal qazandırıb. Komanda yarışlarında daha iki bürünc medal qazanmaq şansımız var. Belə ki, Avropa çempionatının son günündə kumite millimiz meydan sahibi Serbiya ilə, kata yığmamız isə Türkiyə ilə bürünc medal görüşünə çıxacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.