Mariya Stadnik finalda – YENİLƏNİB

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.
 
Prosport.Az xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.

Komandamızın lideri Mariya Stadnik finala yüksəlib. O, finalda Rumıniya güləşçisi Emilia Vuçla yarışacaq. Digər güləşçilərimizdən Tatyana Omelçenko ilə Səbirə Əliyeva isə bürünc medal uğrunda mübarizə aparacaq. Onların rəqibləri müvafiq olaraq Katerina Yanuşkeviç (Belarus) və İrina Pasiçnyukdur (Ukrayna).

Final görüşləri sabah keçiriləcək.

50 kq
1/8 final
Mariya Stadnik – Jaklin Şelin (Almaniya) 10:0
 
1/4 final
Mariya Stadnik – Milana Dadaşova (Rusiya) 10:0
 
1/2 final
Mariya Stadnik – Kseniya Stankeviç (Belarus) 10:0 
 
55 kq
1/4 final
Solmaz Həşimzadə – Bediha Gün (Türkiyə) 0:4
 
59 kq
1/4 final
Tatyana Omelçenko – Mimi Xristova (Bolqarıstan) 3:8
 
68 kq
1/8 final
İrina Netreba – Buse Tosun (Türkiyə) 5:8
 
76 kq
1/4 final
Səbirə Əliyeva – Janet Nemet (Macarıstan) 9:6
 
1/2 final
Səbirə Əliyeva – Yekaterina Bukina (Rusiya) 0:10
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.