Avropa çempionatında qızıl və bürünc medalımız

Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında ikinci gün arxada qalıb.
 
Prosport.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində Avropa çempionu olan Eldəniz Əzizlinin ardından Elvin Mürsəliyev (77 kq) Azərbaycana ikinci medalı qazandırıb.
 
O, III yer uğrunda görüşdə gürcü Tornike Dzamaşviliyə 6:2 hesabı ilə qalib gələrək bürünc medala yiyələnib. Bürünc medal uğrunda mübarizə aparan İslam Abbasov (87 kq) isə almaniyalı Denis Kudlaya 1:3 uduzaraq növbəti medal şansını əldən verib.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.