Avropa çempionatında ilk qızıl medalımızı qazandıq!

Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatında ilk qızıl medalımızı Eldəniz Əzizli qazanıb.

Prosport.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Estoniya idmançısı Helari Maeqisalu ilə qarşılaşıb və rəqibinə 8:0 hesabı ilə qalib gəlib.

Bu, Avropa çempionatında millimizin ilk qızıl medalıdır. Həmçinin Eldəniz Əzizli karyerasında böyüklər arasında ilk dəfə Avropa çempionu olub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.