Rəsul Çunayev və Murad Məmmədov Avropa çempionatının finalına çıxdı – YENİLƏNİB

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatında ikinci gün keçirilir.

Prosport.Az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb.

Güləşçilərimizdən Murad Məmmədovla Rəsul Çunayev finala çıxıb. Onların sabahkı rəqibləri Rusiya idmançıları olacaq. Rafiq Hüseynov isə bürünc medal uğrunda yarışacaq.

60 kq

1/4 final

Murad Məmmədov – Mixail Kajarski (Belarus) 3:0

1/2 final

Murad Məmmədov – Yakopo Sandron (İtaliya) 9:0

67 kq

1/8 final

Elman Muxtarov – Artyom Surkov (Rusiya) 0:9

72 kq

Təsnifat mərhələsi

Rəsul Çunayev – Murat Dağ (Türkiyə) 4:1 

1/8 final

Rəsul Çunayev – Yuri Konkov (Belarus) tuşe

1/4 final

Rəsul Çunayev – Daniel Kataraqa (Moldova) 3:2

1/2 final

Rəsul Çunayev – Yuri Lomadze (Gürcüstan) 7:3

82 kq

1/8 final 

Rafiq Hüseynov – Zurab Datunaşvili (Gürcüstan) 4:3

1/4 final

Rafiq Hüseynov – Jarko Ditskov (Serbiya) 3:1

1/2 final

Rafiq Hüseynov – Viktor Sosnovski (Belarus) 0:9

97 kq

1/8 final

Orxan Nuriyev – Tamaş Soos (Slovakiya) 8:0

1/4 final

Orxan Nuriyev – Mixeil Kacaya (Serbiya) 1:3

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.