Rusiyada bayrağımız səhv asıldı

Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatında ölkəmizə qarşı diqqətsizlik edilib.

Oxu.Az-ın Dağıstana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, turnirin keçirildiyi Əli Əliyev adına İdman Sarayının qarşısında Azərbaycan bayrağı səhv asılıb.

Bu, gözümüzdən qaçmayıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayevin təşkilatçıları bu səhv barədə məlumatlandırmasından sonra, bayrağımız çıxarılaraq düzgün formada asılıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.