Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Dağıstanda

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb.

Prosport.Az xəbər verir ki, bu gün yarış zalında güləşçilərimizə azarkeşlik edənlər arasında Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev də olub.

O, AGF-nin I viste-prezidenti Firdovsi Umudovla birgə güləşçilərimizin ilk günkü çıxışını izləyib.

Qeyd edək ki, federasiyanın keçmiş vitse-prezidenti Namiq Əliyev federasiya prezidenti Fazil Məmmədovun qudasıdır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.