İlk gündə 1 güləşçimiz Avropa çempionatının finalına çıxdı – YENİLƏNİB

Bu gün Rusiyanın (Dağıstan) Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı (AÇ) start götürüb.

Prosport.Az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində mübarizə olub.

Güləşçilərimizdən yalnız Eldəniz Əzizli finala çıxıb. Onun finaldakı rəqibi Estoniya idmançısı Helari Maeqisalu olacaq. Elvin Mürsəliyev və İslam Abbasov isə bürünc medal uğrunda yarışacaq.

Qeyd edə ki, III yer və final görüşləri sabah Bakı vaxtı ilə saat 18:15-dən etibarən keçiriləcək.

55 kq
1/4 final

Eldəniz Əzizli – Nuqzar Surtsumia (Gürcüstan) 9:0

1/2 final

Eldəniz Əzizli – Vladislav Topoyev (Rusiya) 9:7

63 kq
1/8 final

Taleh Məmmədov – Levani Kavcaradze (Gürcüstan) 0:4

77 kq
1/8 final

Elvin Mürsəliyev – Rikkardo Vito Abbreşia (İtaliya) 12:8

1/4 final

Elvin Mürsəliyev – Mixal Volnı (Polşa) 7:2

1/2 final

Elvin Mürsəliyev – Roman Vlasov (Rusiya) 0:4

87 kq
1/8 final

İslam Abbasov – Roman Jernovetski (İsrail) 9:0

1/4 final

İslam Abbasov – Viktor Lörinç (Macarıstan) 3:1

1/2 final

İslam Abbasov – Bəyxan Ozdoyev (Rusiya) 3:4

130 kq
1/8 final

Türmən Eyyubov – Vladislav Voronyi (Ukrayna) 0:3

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.