Şəmkirdə ilk qələbə və məğlubiyyət

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir.

Prosport.Az xəbər verir ki, bu gün turnirdə IV turun görüşləri keçirilib.

Əvvəlki 3 turda bütün görüşləri heç-heçə bitən turnirdə bu turda ilk qələbə qazanan Veselin Topalov liderliyə yüksəlib. Bolqarıstanlı həmyerlimiz Şəhriyar Məmmədyarovdan güclü olub.

Azərbaycan şahmatçılarından ən çətin sınağa Teymur Rəcəbov çıxıb. O, dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib.

Ağ fiqurlarla oynayan Rauf Məmmədov isə Radoslav Voytaşeklə xalları yarı bölüb.

 

“Shamkir Chess 2018”

IV tur

22 aprel

Teymur Rəcəbov (Azərbaycan, 2748) – Maqnus Karlsen (Norveç, 2843) 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2704) – Radoslav Voytaşek (Polşa, 2744) 0,5:0,5

Sergey Karyakin (Rusiya, 2778) – David Navara (Çexiya, 2745) 0,5:0,5

Veselin Topalov (Bolqarıstan, 2749) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) 1:0

Aniş Qiri (Hollandiya, 2777) – Dinq Liren (Çin, 2778) 0,5:0,5

Turnir cədvəli: Topalov – 2,5 xal, Karlsen, Dinq, Karyakin, Qiri, Rəcəbov, Navara, Voytaşek, Məmmədov – hamısı 2 xal, Məmmədyarov – 1,5 xal

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarış 9 turdan ibarət olacaq. Sabah turnirdə istirahət günüdür.

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.