“Shamkir Chess 2018” heç-heçələrlə başladı

Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialında ilk tura start verilib.

Prosport.Az xəbər verir ki, I turda Şəhriyar Məmmədyarov (Azərbaycan) – Maqnus Karlsen (Norveç) görüşündə ilk gedişi şahmat üzrə dəfələrlə dünya və olimpiya çempionu Nona Qaprindaşvili və Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov edib. 

“Shamkir Chess 2018”

I tur

Veselin Topalov (Bolqarıstan, 2749) – Teymur Rəcəbov (Azərbaycan, 2748) 0,5:0,5

Aniş Qiri (Hollandiya, 2777) – Sergey Karyakin (Rusiya, 2778) 0,5:0,5

Dinq Liren (Çin, 2778) – Radoslav Voytaşek (Polşa, 2744) 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) – Maqnus Karlsen (Norveç, 2843) 0,5:0,5

David Navara (Çexiya, 2745) – Rauf Məmmədov (Azərbaycan, 2704) 0,5:0,5

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.