Polis kapitanı federasiya prezidenti seçildi - FOTO

Azərbaycan Kunq-Fu Federasiyasının seçki-hesabat konfransı keçirilib. 

Prosport.Az verir ki, səsvermədə üstünlük qazanaraq prezident seçilən Nurlan Aslanovu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov konfrans iştirakçılarına təqdim edib.

Qeyd edək ki, Nurlan Aslanov 2000-2001-ci ildən kunq-fu idman növü ilə məşğuldur. Avropa çempionatının gümüş mükafatçısı və dünya çempionudur. Ölkə prezidenti tərəfindən fəxri fərmanla təltif olunub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı, polis kapitanıdır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.