Olimpiadada korrupsiya qalmaqalı

Cənubi Koreya XXIII Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün rüşvət verib.

Prosport.Az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (İOC) 27 üzvü Pyanqçanq şəhərinin namizədliyini marketinq və sponsorluq müqavilələri qarşılığında dəstəkləyiblər. 

Bu, Cənubi Koreyanın sabiq prezidenti Li Men Baka qarşı aparılan araşdırmalar zamanı üzə çıxıb.

Rüşvət alan 27 nəfərdən 12-nin Afrika ölkələrinin Milli Olimpiya Komitələrinin üzvləri olduğu bildirilir. 27 nəfərlik siyahının hazırlanmasında İOC-a Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının sabiq prezidenti Lamin Diakın oğlu kömək göstərib.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları 9-25 fevralda Cənubi Koreyada keçirilib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.