Ramil Quliyev evləndi – FOTO

Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Ramil Quliyev evlənib.

Prosport.Az xəbər verir ki, 28 yaşlı idmançı özündən yeddi yaş kiçik ukraynalı Marqarita Duhina ilə ailə qurub.

Onların toy mərasimi ötən gün İstanbulda reallaşıb.

Qeyd edək ki, cütlüyün münasibəti bir neçə ildir davam edir. Marqarita türk vətəndaşlığını da qəbul edib.

Cütlük zamanlarının çoxunu səyahətlərdə keçirir, tədbirlərə bir yerdə qatılırlar. 

Xatırladaq ki, Ramil Quliyev  200 metr məsafəyə qaçışda 20,09 saniyə nəticə əldə edərək ilk türk çempion olub. (Oxu.Az)

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.