Millimiz Dünya Kubokunu 3-cü dəfə qazana bilmədi – YENİLƏNDİ

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışında millimiz II yeri tutub.

Prosport.Az xəbər verir ki, ilk yarış günündə yığmamız Kuba və Qazaxıstanla qarşılaşıb. 

Müvafiq olaraq 8:2 və 9:1 hesabı ilə qələbə qazanan güləşçilərimizin final yolunda son görüşü Monqolustana qarşı olub. 7:3 hesablı üstünlük qazanan yığma komandamız finala yüksəlib.

AZƏRBAYCAN – Monqolustan 7:3

57 kq Əfqan Xaşalov – B.Erdenabat 1:2
61 kq Əhmədnəbi Qvarzatilov – Tuvşintulqa Tumenbileq 2:7
65 kq Ağahüseyn Mustafayev – B.Batçuluun 3:0
70 kq Coşqun Əzimov – Qanbayar Sanjaa 9:4
74 kq Hacımurad Ömərov – Mandaxnaran Qanzoriq 6:10
79 kq Cəbrayıl Həsənov – İderxu Qantulqa 12:2
86 kq Aleksandr Qostiyev – Uytumen Orqodol 10:3
92 kq Aslanbəy Alborov – Turtoqtox Luvsandorj 11:0
97 kq Roman Bəkirov – B.Ulziisaixan 10:1
125 kq Cəmaləddin Məhəmmədov – Zolboo Natsaqsuren 3:2

Final görüşündə yığma komandamızın rəqibi A qrupunu lider kimi başa vurmuş ev sahibi ABŞ idmançıları olub. Bakı vaxtı ilə gecə saat 01:00-da başlamış görüşdə amerikanlar qalib gəlib. Bununla da ABŞ son 6 turnirin qalibi İranın Dünya Kubokunu boykot qərarından sonra 15 illik fasilədən sonra çempion olublar. Bu, ABŞ-ın 14-cü Dünya Kuboku olub.  

FİNAL 

ABŞ – AZƏRBAYCAN 6:4

57 kq Tomas Cilman – Georgi Edişeraşvili 7:8
61 kq Kendric Mapl – Əfqan Xaşalov 6:2
65 kq Loqan Ştiber – Hacı Əliyev 6:3
70 kq Ceyms Qrin – Coşqun Əzimov 4:4*
74 kq Cordan Barouz – Hacımurad Ömərov 7:0
79 kq Kayl Deyk – Cəbrayıl Həsənov 5:3
86 kq Deyvid Teylor – Aleksandr Qostiyev 12:2
92 kq Ceydin Koks – Aslanbəy Alborov 4:4*
97 kq Kayl Snayder – Roman Bəkirov 14:3
125 kq Nik Qvyazdovski – Cəmaləddin Məhəmmədov 3:4

Qeyd edək ki, bürünc medallara Yaponiya millisi sahib çıxıb. Sonrakı sıralama bu qayda ilə olub: Kuba, Gürcüstan, Monqolustan, Qazaxıstan, Hindistan.

Xatırladaq ki, sərbəst güləş yığmamız əvvəllər iki dəfə (2004-cü ildə Bakıda və 2009-cu ildə Tehranda keçirilmiş analoji turnirdə) Dünya Kubokunun qalibi olub. Yığmamız bununla da Dünya Kubokunda II gümüş medalını qazanıb. Komandamız 2012-ci ildə ikinci dəfə Bakıda keçirilmiş Dünya Kubokunda da gümüş medallara sahib olmuşdu. Millimizin bu turnirdə daha 4 bürünc medalı var.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.