Böyük Britaniya Rusiyadakı çempionatdan imtina etdi

Ukrayna və Böyük Britaniya yığmaları aprelin 30-da Rusiyanın (Dağıstanın) Kaspiysk şəhərində start götürəcək güləş üzrə Avropa çempionatına qatılmaqdan imtina edib.

Prosport.Az xəbər verir ki, siyasi motivlər üzündən atılan bu addım nəticəsində çempionat iştirakçılarının sayı 32-yə enib.

Aralarında Azərbaycanın da olduğu iştirakçı ölkələr 224 medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı mayın 6-dək davam edəcək. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.