“Brilyant oğlan” yapon idmançıyla yenə bacarmadı – FOTO

Niderlandın Rotterdam şəhərində keçirilən Karate1 Premyer Liqa turniri başa çatıb.

Prosport.Az xəbər verir ki, baş məşqçi Şahin Xudaverdiyevin ilk dəfə rəhbərliyi ilə çıxış edən yığmamız ordan üç medalla qayıdıb.

Firdovsi Fərzəliyev (-60kq), Rafael Ağayev (-75kq) və Ayxan Mamayev (-84kq) Azərbaycana bürünc medal qazandırıb. “Brilyant oğlan” yanvarda Parisdəki turnirdə son saniyədə uduzduğu (1:2) yapon idmançı Ken Nishimuradan qisasını ala bilməyib. O bu dəfə bu rəqibinə 0:3 hesabı ilə uduzub. Çempion da məhz Nishimura olub.

Azərbaycan Milli Karate Federasiyası-Azerbaijan National Karate Federation adlı şəxsin şəkli.Azərbaycan Milli Karate Federasiyası-Azerbaijan National Karate Federation adlı şəxsin şəkli.Azərbaycan Milli Karate Federasiyası-Azerbaijan National Karate Federation adlı şəxsin şəkli.Azərbaycan Milli Karate Federasiyası-Azerbaijan National Karate Federation adlı şəxsin şəkli.Azərbaycan Milli Karate Federasiyası-Azerbaijan National Karate Federation adlı şəxsin şəkli.Azərbaycan Milli Karate Federasiyası-Azerbaijan National Karate Federation adlı şəxsin şəkli.

Qeyd edək ki, Rafael Ağayev bu il keçirilən əvvəlki iki Premyer Liqa yarışında da medal əldə etmişdi. O əvvəlcə Fransanın paytaxtı Parisdə gümüş medal, daha sonra BƏƏ-nin Dubay şəhərində qızıl medal qazanmışdı.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.