Şəhriyar qalib gəldi, liderliyə şərik oldu

Berlində şahmat üzrə İddiaçılar turnirinin altıncı turu yekunlaşıb.

Prosport.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov və rusiyalı qrossmeyster Vladimir Kramnik arasında keçirilən partiya 64-cü gedişdə şahmatçımızın qələbəsi ilə başa çatıb.

Bununla xallarını 4-ə çatdıran şahmatçımız amerikalı Fabiano Karuana ilə ilk pilləni bölüşdürür.

Qeyd edək ki, turnirin qalibi Norveçli Maqnus Karlsenlə matçda çempionluq tacı uğrunda mübarizə aparmaq hüququ qazanacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.