Şəhriyar yenə heç-heçə etdi

Qrossmeyster Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.

Prosport.Az xəbər verir ki, şahmatçımız III turda Fabiano Karuana ilə üz-üzə gəlib. ABŞ təmsilçisi ilə görüş heç-heçə ilə başa çatıb.

Şəhriyarın xal itkisi turu qələbə ilə başa vuran Vladimir Kramnikin liderliyi ələ keçirməsi ilə nəticələnib.

Qeyd edək ki, Şəhriyar martın 14-də autsayder Uesli So ilə qarşılaşacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.