Azərbaycan “Şah”ı erməni ilə sülh bağladı

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.

Prosport.Az  xəbər verir ki, "Şah" ləqəbli azərbaycanlı şahmatçı II turda erməni Levon Aronyanla qarşılaşıb.

Partiya 24-cü gedişdə 0.5:0.5-lik heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, I turda Ş.Məmmədyarov rusiyalı Sergey Karyakinə qalib gəlib, L.Aronyan isə çinli Din Lijen ilə xalları yarı bölüb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.