Mingəçevir və Bakı komandaları Azərbaycan kubokunun qalibi oldu

Həndbol üzrə Azərbaycan kuboku turnirinə yekun vurulub.
 
Prosport.Az xəbər verir ki, martın 7-də keçirilən final qarşılaşmaları gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb.
 
Qadın həndbolçuların həlledici görüşündə “Azərsu” və “Nur” komandaları üz-üzə gəliblər. Rəqibindən daha yaxşı oyun göstərən Mingəçevirin “Nur” komandası 30:24 hesabı ilə qalib gələrək, Azərbaycan kubokuna sahib çıxıb.

Kişilərin final matçında isə, “Məhsul” komandasını 34:28 hesabı ilə məğlubiyyətə uğradan “Bakı” baş mükafata layiq görülüb.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.