Şəhriyar Məmmədyarovun mövqeyi dəyişmədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

Prosport.Az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 5 xal itirsə də, 2-ci pillədəki yerini qoruyub. O, hazırda 2809 xalla birinci pillədəki dünya çempionu Maqnus Karlsendən  (Norveç) 34 xal geri qalır.

Qeyd edək ki, siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 18-ci (2748), Rauf Məmmədov 39-cu (2709), Arkadi Naydiç 45-ci (2701) pillədə yer alıb.  

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.