Olimpiada başa çatdı: Norveç hamıdan güclü oldu

Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları başa çatıb.
 
Prosport.Az xəbər verir ki, son gündə Almaniya aktivinə dörd nəfərlik bobsley yarışında qızıl medal qazandırsa da, Norveç də xizəkçilikdə I yeri tutub. 
 
Beləliklə, hər iki ölkə 14 qızıl medalla yarışı başa vurub. Lakin gümüş medallarda üstünlüyə görə skandinaviyalılar hamıdan gücü olub. Norveç ümumilikdə Olimpiadanı 39 medalla başa vurub (14 qızıl, 14 gümüş, 11 bürünc). Bu həm də hamıdan çox medal sayıdır.
 
III yeri 11 qızıl medalla Kanada tutub. 9 "qızıl" qazanmış ABŞ isə IV yerlə kifayətlənməli olub. Meydan sahibi Cənubi Koreyanın isə yalnız VII olmağa gücü çatıb.
 
Post sovet ölkələrindən Rusiya atletləri yarışı 2 qızıl, 6 gümüş və 9 bürünc medalla XIII sırada tamamlayıb. Belarus XV, Ukrayna XXI, hərəyə bir bürünc medal qazanmış Qazaxıstan və Latviya XXVIII olub.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.