"Şah" zirvəni əldən vermir

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir.

Prosport.Az xəbər verir ki, dünən yarışın 6-cı turuna yekun vurulub.

Yarışda ölkəmizin yeganə təmsilçisi, qrossmeyster Şəhriyar Məmmədyarov bu turda hindistanlı Baskaran Adhibanla ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan “Şah” qarşılaşmanın 86-cı gedişində qalib gəlib.

Hazırda 4,5 xala malik Məmmədyarov vahid liderdir. O, Vişvanatan Anand (Hindistan) və Aniş Qirini (Hollandiya) yarım xal qabaqlayır.

Təmsilçimiz yarışın 7-ci turunda ağ fiqurlarla çinli Yi Veylə qarşılaşacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.