Basketbol federasiyasının baş katibi vəfat etdi

Azərbaycan Basketbol Federasiyasının baş katibi Qəhrəman Müslüm oğlu Məmmədyarov vəfat edib.

Prosport.Az xəbər verir ki, o, yanvarın 18-də 79 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

2003-cü ildən Federasiyanın baş katibi olan, görkəmli alim, veteran basketbolçu, tanınmış idman xadimi, professor Qəhrəman Məmməyarov ömrünü ölkəmizdə sağlam, vətənsevər gəncliyin yetişdirilməsinə həsr edib.

Bu ağır itki ilə əlaqədar ABF-nın Rəyasət Heyyəti ölkə basketbolsevərləri adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.