Villiams Oliveira millimizin düşərgəsinə qoşuldu

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub.

Prosport.Az xəbər verir ki, karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Al Dafra” klubunda çıxış edən Villiams Oliveira Do Naskimento bu gün günorta saatlarında Bakıya gəlib. Vassura ləqəbli futzalçı komandanın məşqində iştirak edib.  

Qeyd edək ki, millinin yanvarın 19-da, saat 10:15-dəki məşqi mətbuat üçün açıq olacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.