Logo
Səhifəni çap et

Azərbaycan millisinin üzvü Braziliya klubunda

Cari mövsümün ilk yarısını “Araz” futzal klubunda keçirən Karvalyo dos Santos Vilela karyerasını vətənində davam etdirəcək.

Prosport.Az xəbər verir ki, o, dünən Braziliyanın “Kopagril” komandası ilə bu ilin iyun ayına qədər müqavilə imzalayıb.

“Araz”ın heyətində Yüksək Liqada 12, UEFA Kubokunda isə 3 oyunda forma geyinən Karvalyo dos Santos 9 (YL-7, UK-2) qol vurub. O, millinin heyətində İranda təşkil edilən turnirdə isə 3 oyunda meydana çıxıb və rəqib torunu 3 dəfə silkələyib. 

Copyright ProSport Azerbaijan LTD