İtkin düşmüş alpinistlərlə bağlı SON DURUM - FOTO + VİDEO

Fövqəladə Hallar Nazirliyi itkin düşən 3 alpinistin axtarışları ilə bağlı dekabrın 31-nə olan durum haqda açıqlama yayıb.

Prosport.Az xəbər verir ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri - Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun tapılması məqsədilə 27 dekabr 2017-ci il tarixində başlanan axtarış işləri davam edir. Axtarışlar Quba rayonunda yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır. 

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış işlərinə Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər cəlb olunub. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təchiz edilmiş) və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.İtkin alpinistlərlə bağlı son açıqlama

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.