Kiprlilər Bakıda təxribata əl atdı, Azərbaycan çempionu APOEL-i məğlub etdi - FOTO

Bu gün Dərnəgül Voleybol Mərkəzində kişi voleybolçular arasında "Çağırış" kuboku çərçivəsində son ölkə çempionu "Lokomotiv" Kipr təmsilçisi APOEL ilə qarşılaşıb.

Prosport.Az xəbər verir ki, matç komandamızın aşkar üstünlüyü şəraitində keçib və 3:0 qalib gəlib (25:20, 25:21, 25:19). Oyunda maraqlı məqam da diqqəti cəlb edib.

Belə ki, Kipr adasının cənub hissəsinin sakinləri görüşdən əvvəl yerli azarkeşləri təxribata çəkməyə çalışıblar. Belə ki, onlar Kiprin yox, Yunanıstanın bayrağını heç bir səbəb olmadan qaldırıblar. Görünür, Kipr yunanları Azərbaycanda türk azarkeşlərin "Lokomotiv"ə dəstək olacağını bildiyindən, "hazırlıq"lı gəlməyə üstünlük veriblər.

Ümumiyyətlə, Kipr klublarının, xüsusən də APOEL-in Azərbaycan təmsilçiləri ilə görüşləri həmişə bayraq qalmaqalları ilə seçilib. Futbolda "Neftçi"nin APOEL-lə Kiprdəki oyunlarında Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikasının bayraqları stadionda dalğalandırılıb. 

Qeyd edək ki, Fərid Cəlalovun komandası indi növbəti mərhələyə yüksəlməyə daha yaxındır. Cavab matçı noyabrın 29-da Kiprin paytaxı Nikosiada keçiriləcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.