Legionerlərimizdən yalnız Yana "yana-yana" qaldı

Qadın voleybolu üzrə millimizin legioner həyatı yaşan üzvləri oyunlara çıxıblar.

Prosport.Az xəbər verir ki, Türkiyə çempionatında VIII turun oyunları keçirilib. Millimizin hücumçusu Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” “Əczacıbaşı”nı 3:2 hesabı ilə məğlub edib. Rəhimova bu oyunda 11 xal yığıb. Yığmamızın kapitanı Odina Bayramovanın şərəfini qoruduğu “Seramiksan” “İlbank” üzərində inamlı 3:0 hesablı qələbə qazanıb. Bayramova öz aktivinə 6 xal yazdırıb. Millimizin digər hücumçusu Yana Kulanın çıxış etdiyi “Bəylikdüzü” “Beşiktaşa” məğlub olub – 2:3. Kulan həmin oyunda xal qazana bilməyib.

Fransa çempionatında VI turun oyunları keçirilib. Millimizin blok oyunçusu Olena Həsənova çıxış etdiyi “Le Kan” “Kan” komandasına məğlub olub – 1:3. Həsənova bu oyunda 15 xal qazanıb. Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venel” “Evrö” komandasını məğlub edib – 3:0. Qurbanova 19 xal yığmaqla oyunun ən məhsuldarı olub.

Rusiya çempionatında da növbəti turun oyunları keçirilib. Natalya Məmmədovanın çıxış etdiyi Kazan “Dinamo”su Krasnodar “Dinamo”suna qalib gəlib – 3:0. Məmmədova bu oyunda 6 xal yığıb. Kseniya Poznyakın kapitanı olduğu “Leninqradka” “Saxalin”dən üstün olub – 3:1. Kseniya bu oyunda öz aktivinə 4 xal yazdırıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.