Azərbaycan və Gürcüstanda Avropa çempionatı start götürür - Bu günün oyun təqvimi

Bu gün ilk dəfə Azərbaycan və Gürcüstanda keçirilən qadın voleybolu üzrə Avropa çempionatı start götürəcək.

Prosport.Az xəbər verir ki, 7 oyun keçiriləcək. Qitə birinciliyinə C qrupunun bugünə olan yeganə oyunu - Ukrayna - Rusiya görüşü ilə start veriləcək. Turnirin Bakıda rəsmi açılış mərasimi isə saat 18:00-da başlayacaq Macarıstan - Azərbaycan oyunundan əvvəl gerçəkləşəcək.

Bugünkü oyunun təqvimini təqdim edirik:

A qrupu

18:00 Macarıstan - AZƏRBAYCAN

Bakı. Milli Gimnastika Arenası

20:30 Polşa - Almaniya

Bakı. Milli Gimnastika Arenası

B qrupu

17:00 İtaliya - Gürcüstan

Tiflis. Nyu Sports Palas

20:00 Belarus - Xorvatiya

Tiflis. Nyu Sports Palas

C qrupu

15:30 Ukrayna - Rusiya

Bakı. Milli Gimnastika Arenası

D qrupu

17:00 Serbiya - Çexiya

Göygöl. Olimpiya İdman Kompleksi

20:00 Hollandiya - Belçika

Göygöl. Olimpiya İdman Kompleksi

Qeyd edək ki, Avropa çempionatı oktyabrın 1-dək davam edəcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.