Sadıq Sadıqov federasiyaya zal hədiyyə etdi

"Neftçi İdman Klubu" İctimai Birliyinin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov Qılıncoynatma Federasiyasına zal hədiyyə edib.

Prosport.Az xəbər verir ki, bunu əməkdar məşqçi, beynəlxalq idman ustası Yaşar Məmmədov saytımıza açıqlayıb:

"Milli Olimpiya Komitəsində keçirilən iclasdan sonra Sadıq müəllimlə söhbətimiz oldu. O bizə qılıncoynatma zalı verəcəyini bildirdi. Soruşdum, Suraxanıda olacaq? Dedi, danışarıq. Bizim ixtiyarımıza 2 döşəməli zal veriləcək. Bundan başqa, yeni federasiya prezidentimiz Mikayıl Cabbarov da Azərbaycan Texniki Universitetininin 4 döşəməli zalını yığmanın ixtiyarına verəcək. Oranın zalı bizim özümüzünkündən genişdir, hər cür şəraiti də var. Biz özümüz də başqa məktəblərə baxacağıq. Harda yaxşı şəraitli zal olsa, Mikayıl müəllimə deyəcəyik".

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.